Yarımmüdafiəçi məşqçilər korpusunun işləməyə davam edəcəyi təqdirdə klubdan gedəcəyini bildirib.

Noyabrda Qusev Valeri Karpinin gedişindən sonra “ağ-göylər”in baş məşqçisi vəzifəsini icra edirdi. Makarov daha əvvəl yeni məşqçilər korpusunun onun oynamasına icazə verməməklə hörmətsizlik göstərdiyini iddia edib. Futbolçunun agenti isə oyunçu ilə Qusev arasında şəxsi kin olduğu fikrini irəli sürüb.
Makarov " İzvestiya"-ya verdiyi müsahibədə bildirib : "Mövsümün əvvəlində qol vurmağıma və yaxşı oynamağıma baxmayaraq, məşqçilər korpusu mənə bir qədər hörmətsizlik göstərdi. Amma hər kəsin öz fikri var, ona görə də "Dinamo"-ya növbəti kimin rəhbərlik edəcəyini görəcəyik və klubdan gedib-getməyəcəyim dəiqləşəcək".
Həmçinin futbolçu meydana qayıtmasının Karpinin klubdan ayrılması ilə bir əlaqəsi olduğu iddialarının əsassız olduğunu açıqlayıb.
Mənbə: Спорт Маil
Tərcümə etdi: Zeynəb Şahmarova
