Bu gün:

"Barselona" Osasuna ilə oyuna hazırlaşır


Çempionlar Liqasında “Ayntraxt” üzərindəki möhtəşəm qələbədən sonra Hansi Flikin komandası bir günlük fasilədən sonra yenidən məşqlərə başlayıb. Komanda La Liqanın növbəti turunda Osasuna ilə keçiriləcək oyuna hazırlaşır. 

2025-ci ildə evdəki son matç öncəsi keçirilən məşqə bütün əsas futbolçularla yanaşı “Barça Atletik”dən Jofre, Dro və Tommi də qatılıb. Qarşıdakı iki səfər oyunu - “Qvadalaxara” ilə İspaniya Kuboku matçı və “Vilyareal”la La Liqa qarşılaşması öncəsi komanda ideal formaya düşməyə çalışır.

“Barselona” - “Osasuna” oyunu 13 dekabr, şənbə günü saat 18:30-da baş tutacaq. Son məşq və baş məşqçi Flikin mətbuat konfransı isə cümə günü keçiriləcək.

Mənbə: FC Barcelona 

Tərcümə etdi: Nazim Xeyrxəbərli 

Paylaş