Xüsusən, yağmursuz və sakit gecələrdə səmaya baxmaqdan böyük həzz alırıq. Bu zövqün ən böyük səbəbi, şübhəsiz ki, parlaq ulduzlardır. Öz formaları və işıqları ilə göz qamaşdıran bu ulduzlar kimi sönük olan bir çox ulduz növləri var. Onu adi gözlə görsək də, görməsək də, Kainatda ulduzlarla toxunmuş ecazkar gözəlliklər var.
Göyün ən parlaq ulduzu: Sirius
Sirius göydəki ən parlaq ulduzdur. O, bir çox qədim sivilizasiyaların göz bəbəyi olmuşdur. Bu maraqlı ulduz Orion bürcünün çox yaxınlığında yerləşir. Böyük İt bürcündə rast gəlinir. Adını yunanca "Seirios" sözündən götürür. Sirius, əslində, ikili ulduz sistemidir və zəif ikili ağ cırtdan kimi ifadə edilir, parlaq olan isə A0 - A1 spektral sinfinin parlaq mavi-ağ ulduzudur. Astroloji ulduz falı şərhlərində bürclərə əsaslanan Vedik astrologiya şərhlərinə tez-tez daxil edilən mühüm ulduzlardan biridir.
Cənub səmasında ən parlaq ulduz: Canopus
Cənub səmasında ən parlaq ulduz Canopusdur. Səma bütövlükdə qiymətləndirildikdə səmada ikinci ən parlaq ulduzdur. Canopus Günəşdən 310 işıq ili uzaqlıqda yerləşir. Günəşlə müqayisədə, 10.000 dəfə parlaq və 70 dəfə böyükdür. Türkcə Süheyl və ya Süheyla kimi görünür. İngilis mənbələrində onun adı Soheildir.
Bootes bürcünün ən parlaq ulduzu: Arktur
Bootes bürcü deyildikdə ilk ağla gələn bu bürcün ən parlağı olan Arkturdur. Arktur da qırmızı nəhəng kimi təsvir edilir. Onun Günəşdən məsafəsi təxminən 37 işıq ilidir. Bu xüsusi ulduzun kütləsi Günəş qədər ölçülüb. Onun ölçüsü Günəşdən 25 dəfə böyükdür.
Mənbə: CNN
Tərcümə etdi: Fidan Əlizadə
