"Real Madrid"in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasında "Mançester Siti"yə 2:1 hesabı ilə uduzduqları oyundan sonra futbolçularının əzmini tərifləyib.

Zədələr səbəbindən əsas müdafiəçilər və Mbappe olmadan meydana çıxan Madrid erkən qolla önə keçsə də, qapıçı Kurtuanın səhvi və Rüdigerin səbəb olduğu penalti ilə geri düşüb.
Alonso: "Futbolçular çox çalışır, narazı olmağa əsas yoxdur. Azarkeşlərin reaksiyası normaldır, amma biz irəli baxmalıyıq",- deyə bildirib.
"Real Madrid" bazar günü "Alaves"lə qarşılaşacaq.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
