Bu gün:

Dünyanın ən sürətli heyvanları


Dünyanın ən sürətli heyvanlarını təqdim edirik.

Aslan - saatda 80 kilometr 
Təbiətin ən ağıllı və amansız ovçularından biri olan şirlər rəqiblərini qovarkən qısa müddətə də olsa, 80 kilometrə qədər sürətə çata bilirlər. Cəngəllik kralı bu sürətə çatmaq istəyərkən yorulur, həm də enerjisindən ağıllı istifadə etməyi də bilir.

Çöl dovşanı - saatda 80 kilometr 
Avropa, Avrasiya, Yaponiya və Şimali Amerikada yaşayan çöl dovşanı orta hesabla saatda 50 kilometr sürətlə qaçsa da, sürətləndikdə qısa məsafələrdə 80 kilometrə çata bilir.

Afrika antilopu (Gnu) - saatda 80 kilometr 

Təbiətdə onu onlarla təhlükə gözləsə də, özünü qorumaq üçün saatda 80 kilometr sürətə çata bilir.

Qılınc balığı - saatda 97 kilometr
3 metr uzunluğu və təxminən 650 kiloqram çəkisi ilə qılınc balığı dənizlərin ən sürətli canlılarından biridir.

Antilop - saatda 98 kilometr 
Qurudakı ikinci ən sürətli məxluq çəngəl antilopu kimi də tanınan vəhşi heyvandır. Asiya və Afrikada yaşayan antiloplara aid deyil, onların hər birindən daha sürətlidir.

Çita - saatda 120 kilometr

Təbii ki, çita qurudakı ən sürətli heyvan mükafatının qalibidir! Üstəlik, 0-dan 100 kilometrə qədər məsafəni cəmi 3 saniyəyə qət edə bilir. Qaçışla deyil, hətta maşınla da onu keçmək olduqca çətindir!

Merlin balığı - saatda 130 kilometr 
Dənizlərin ən sürətlisi uzunluğu 4,5 metr və çəkisi 750 kiloqrama yaxın olan merlindir.

İynə quyruqlu Ebabil - saatda 171 kilometr 
İynə quyruqlu ebabil cəmi 1 kilo ağırlığında kiçik quşdur, lakin səmada sürəti saatda 171 kilometrə çata bilir.

Qızıl Qartal - saatda 320 kilometr
Qanadları 2 metrə yaxın olan heyrətamiz ov qızıl qartal... O, saatda 320 kilometr sürətlə suya dalanda ovunun demək olar ki, sağ qalma şansı yoxdur.

Şahinlər - saatda 389 kilometr

Və, nəhayət, planetimizin ən sürətli heyvan adı adı şahinə aiddir. Ovunun üstünə kilidləndikdən sonra o elə bir dalışa girir ki, saatda 389 kilometr sürətə çata bilir.

Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et