Monakonun 32 yaşlı fransalı ulduz futbolçusu Paul Poqba qeyri-adi bir addımla gündəmə gəlib. O, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən və dünyanın ilk peşəkar deve yarışı komandası kimi tanınan Al Haboob klubuna sərmayə qoyub. Futbolçu eyni zamanda komandanın marka səfiri seçilib.
BBC Sport-a danışan Poqba, deve yarışlarına marağının uzun müddətdir davam etdiyini bildirib:
"YouTube-da çox yarış izləmişəm. Vaxtım olanda texnikaları və strategiyanı öyrənirəm. Bu idmanda göstərilən fədakarlıq məni həmişə heyran edib. Axır ki, idman hər sahədə ürək, zəhmət və komanda işi tələb edir."
Ulduz futbolçu Orta Şərqdə ənənəvi və son dərəcə populyar olan deve yarışlarının idman dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayıb:
"Futbol, deve yarışı, boks… hamısını birləşdirən qətiyyət, fokuslanma və intizamdır. Çempionları yaradan da bunlardır."
Poqba zarafatla, amma bir o qədər də iddialı şəkildə belə deyib:
"Dünyanın ən bahalı futbolçusu olmaq böyük şərəf idi. Bir gün dünyanın ən bahalı dəvəsinə sahib olmaq isə əla bir tamamlayıcı hekayə olar. Bəlkə də bir gün bu reallaşar."
Poqbanın bu addımı həm idman dünyasında maraq yaradıb, həm də bölgədə sürətlə böyüyən deve yarışı sektoruna beynəlxalq diqqət yönəldib.
https://www.haberler.com/spor/paul-pogba-dan-ilginc-yatirim-19344159-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
