Barselonanın bu mövsümündə bir mövzu aydın şəkildə seçilir: geridönüşlər. Xüsusilə son bir ayda Flickin komandası çətin vəziyyətlərdən çıxaraq ardıcıl olaraq 3 xalı hanəyə yazdırmağı bacarıb. Bu seriyanın son nümunəsi isə Çempionlar Liqasında Ayntarxt Frankfurtla oyunda qeydə alınıb. Lakin bu dəfə vəziyyət bir qədər fərqli olub.

La Liqada Alaves (1-ci dəqiqə) və Betis (6-cı dəqiqə) erkən qollarla üstünlük qazansalar da, Kataloniya klubu tez toparlanaraq ilk hissədə hesabı öz xeyrinə dəyişib - müvafiq olaraq 2:1 və 4:1.
Atletiko Madrid qarşısında isə qol 19-cu dəqiqədə buraxılıb - Ayntarxtın qolu ilə müqayisədə cəmi 2 dəqiqə tez. Həmin oyunda Barselona cəmi 7 dəqiqə ərzində cavab verib və fasiləyə 1:1 bərabərliklə yollanıb.
Ancaq Frankfurtla oyunda bu ssenari təkrarlanmayıb. Komanda Flick dönəmində ev oyunlarında ikinci dəfə fasiləyə məğlub durumda yollanıb. İlk belə hal Leganesə qarşı 0:1 hesablı məğlubiyyət olub.
Bu dəfə qələbəni gətirən Jules Kundedən gələn dubl olub. Geri dönüş əvvəlkilərdən daha gec, daha səbirli və daha çətin baş tutub. Amma nəticə yenə də eyni olub: Barselona qalib gəlib.
Frankfurta qarşı bu geridönüşlə Flickin komandası ardıcıl dördüncü dəfə belə nəticə əldə edib - bu, klub tarixində ilkdir.
Növbəti rəqib isə şənbə günü Osasunadır.
Mənbə: FC Barcelona
Tərcümə etdi: Nazim Xeyrxəbərli
