Bu gün:

İngiltərə Uruqvay və Yaponiya ilə yoldaşlıq oyunları keçirəcək


İngiltərə Futbol Assosiasiyası bildirib ki, İngiltərə millisi 2026 Dünya Çempionatına hazırlıq çərçivəsində gələn ilin mart ayında Uruqvay və Yaponiya ilə yoldaşlıq görüşləri keçirəcək. Oyunlar “Uembli” stadionunda baş tutacaq.

Bu qarşılaşmalar İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin may ayında yekun heyəti müəyyən etməzdən öncə onu dəyərləndirməsi üçün son şans olacaq. Keçən həftə keçirilən püşkatmada İngiltərə nə Asiya, nə də Cənubi Amerika təmsilçiləri ilə eyni qrupa düşmədiyindən Tuxel martda fərqli rəqiblərlə qarşılaşmağın daha məqsədəuyğun ola biləcəyini söyləyib.

Artıq təsdiqlənmiş oyunlara əsasən, İngiltərə martın 27-də 16-cı pillədə qərarlaşan Uruqvay, üç gün sonra isə 18-ci pillədə olan Yaponiya ilə qarşılaşacaq.

"Bu iki oyunun təsdiqlənməsindən çox məmnunuq. Dünya çempionatı ili formalaşdıqca dünyanın ilk 20-lik komandalarından və Avropadan kənar rəqiblərlə gücümüzü sınamaq istədik," - deyə Tuxel bildirib.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et