“Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununda Niderland təmsilçisi “Ayaks”ı Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Oyun dekabrın 10-da baş tutacaq.

Bu barədə məlumat idman mediasında yer alıb. Bildirilib ki, Ağdam təmsilçisi son iki matçda məğlub olmayıb. Azərbaycan Premyer Liqasının son turunda “Zirə” ilə qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Çempionlar Liqasındakı əvvəlki görüşdə isə “Napoli”yə səfərdə 0:2 hesabı ilə uduzublar.
“Ayaks” isə noyabr ayında bütün turnirlər üzrə qələbə qazana bilməsə də, dekabrda oynadığı iki matçı qalibiyyətlə başa vurub. Amsterdam təmsilçisi Erediviziyanın son turunda “Fortuna Sittard”ı səfərdə 3:1 hesabı ilə məğlub edib. Həmin qarşılaşmada rəqib iki avtoqol ilə yadda qalıb. Komanda Çempionlar Liqasının ötən aykı oyununda “Benfika”ya 0:2 hesabı ilə uduzub.
Hər iki komanda üçün böyük əhəmiyyət daşıyan görüşün favoriti barədə yekdil fikir olmasa da, mövcud forma və statistikalar qarşılaşmanın gərgin mübarizə şəraitində keçəcəyini göstərir.
Mənbə: Sportskeeda
Tərcümə etdi: Fatimə Salmanlı
