A Seriyasının son çempionu “Napoli” bu mövsüm öz meydanındakı təsirli çıxışı ilə diqqət çəkir. Antonio Kontenin komandası Dieqo Armando Maradona Stadionunda keçirdiyi heç bir oyunda uduzmayıb. 
Neapollular bu mövsüm evdə oynadıqları 7 liqa matçında məğlubiyyət görməyib. Mavi-ağlar "Kal’yari", "Piza", "Cenoa", "İnter" və "Atalanta"nı məğlub edərək "Komo" ilə qolsuz heç-heçə qalıb. Son olaraq “Yuventus” üzərində 2:1 hesablı qələbə qazanan “Napoli” turnir cədvəlinin zirvəsini “Milan”la bölüşür.
Komanda meydan üstünlüyünü Çempionlar Liqasında da qoruyub. Neapollular qitə turnirində topladıqları bütün 7 xalı ev oyunlarında əldə ediblər. “Napoli” Maradona Stadionunda 3 matçda 2 qələbə və 1 heç-heçə ilə yadda qalıb.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
