"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko forması düşmüş ulduz futbolçu Kerem Aktürkoğlu üçün yeni rol planlayır. Tedesconun Kerem və Dorgeles Nene ilə təkbətək görüşlər keçirərək gözləntilərini çatdıracağı və Kərəmə içəridən forvard rolunu verərək cərimə meydançasının effektivliyini artırmağı hədəflədiyi bildirilib. Bildirilib ki, bu planın həyata keçirilməsi üçün video analiz və yeni oyun sistemləri üzərində iş aparılacaq.
"Fənərbağça"nın mövsümün əvvəlində "Benfika"dan heyətinə qatdığı Kerem Aktürkoğlu mövsümə yaxşı başlasa da, son həftələrdə forma itirməsi ilə diqqət çəkib. Ulduz futbolçunun performansının aşağı düşməsi həm texniki heyəti, həm də azarkeşləri narahat edib.
Bildirilib ki, sarı-göylü texniki heyət cinah oyunçularının məhsuldarlığını artırmaq üçün ətraflı araşdırma aparıb. “Sabah”ın xəbərinə görə, Domeniko Tedesko həm Kerem Aktürkoğlu, həm də Dorgeles Nene ilə təkbətək görüşlər keçirib.
Bildirilib ki, Tedesko gözləntilərini iki futbolçuya açıq şəkildə çatdıracaq və son həftələrin səhvlərini video analizlə göstərəcək. Xəbərə görə, italyan məşqçi xəttdə oynamağa öyrəşmiş Kərəm Aktürkoğluna daxili hücumçu rolunu verəcək və cərimə meydançasına daha çox girməsinə şərait yaradacaq oyun sistemi üzərində işləyir.
Bu mövsüm "Fənərbaxça"nın heyətində 15 matçda forma geyinən Kerem Aktürkoğlu 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Tedeskonun yeni planı ilə gənc ulduzu qol vurmaqda daha təsirli oyunçuya çevirmək hədəflənib.
https://www.haberler.com/spor/tedesco-dan-kerem-e-yeni-gorev-19335287-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
