“İnter”in fransız hücumçusu Markus Turam “Liverpul” ilə keçiriləcək kritik qarşılaşma ərəfəsində TRT SPOR-un İtaliya müxbiri Dündar Keşaplıya xüsusi açıqlamalar verib. O, komandanın hədəflərindən və matça olan motivasiyasından söz açıb.

Turam bildirib ki, “İnter” formasını geyinməkdən qürur duyur və Avropada uğurlu olmaq istəyir:
"Bu formanı geyinməkdən xoşbəxtəm və Avropada uğur qazanmaq istəyirik".
Kritik “Liverpul” oyunu haqqında danışan hücumçu qarşılaşmanın əhəmiyyətini belə dəyərləndirib:
"Bu, bizim üçün ən önəmli anlardan biridir. ‘Liverpul’ kimi çox güclü bir komandaya qarşı oynamaq asan deyil. Bütün matçlarda olduğu kimi, bu görüşə də böyük ciddiyyətlə hazırlaşırıq və möhkəm bir oyun planı qurmağa çalışırıq".
Mənbə: TRT SPOR
Tərcümə etdi: Fəqan Nurullazadə
