Hamımız "gözəl həyata" nail olmaq üçün səy göstərsək də, gözəl həyatın tərifi insandan insana fərqli ola bilər. Ancaq neqativlərdən uzaq, sevdiklərinizlə, əyləncəli fəaliyyətlərlə dolu, yaxşılığın və gözəlliyin mərkəzdə olduğu bir həyat bir çox insan üçün “gözəl həyat” tərifinə cavab verə bilər.
Ətrafınızdakı gözəlliklərdən ilham alacağınız, yaşamaq sevinci ilə dolu hiss etdiyiniz bir həyat tərzini mənimsəmək və buna nail olmaq üçün səy göstərmək, xəyallarınızdakı gözəl həyata çatmağın ən sadə və ən zövqlü yoludur.

Həyatınızı addım-addım yaxşılaşdıracaq sadə, lakin təsirli təkliflər:
Özünüzü tanıyın
Biz hamımız özümüzü tanıdığımıza inansaq da, həqiqətən, kim olduğumuzu anlamaq, istək və ehtiyaclarımızı tam aşkar etmək ömürlük bir səyahətdir. Həyatınızı gözəlləşdirmək üçün ilk növbədə daxili dünyanıza doğru dərin və səmimi bir səyahətə çıxmalısınız. İllərlə daxili aləminizin dərinliklərində gizlənmiş bütün məqamları kəşf etməlisən. Bu yolla ilk başda çətin olsa da, məqsədlərinizin, ehtiraslarınızın, zövqlərinizin, qorxularınızın və etibarsızlıqlarınızın fərqində ola bilərsiniz. Həm özünüzün potensialı, həm də həyat keyfiyyətiniz haqqında təsəvvür sahibi ola bilərsiniz.

Özünüz üçün “gözəl həyat” təyin edin
Hazırda yaşadığınız həyatın kifayət qədər yaxşı olmadığına inanırsınızsa, həyatınızı həqiqətən gözəl etmək üçün nəyi itirdiyinizi özünüzdən soruşmağın vaxtı gələ bilər. Məsələn, daha xoşbəxt bir həyat xəyal edirsiniz, yoxsa həyatı sizin üçün daha yaxşı edən uğurdur? Həyatınızın kifayət qədər yaxşı olmadığını hiss etməyinizə səbəb motivasiya və ya hədəflərin olmaması, zövq aldığınız hobbinin olmaması və ya ətrafınızdakı insanların ilham verməməyi ola bilər. Özünüzə verdiyiniz bu sualların cavabları ilə özünüz üçün gözəl bir həyatı ən yaxşı şəkildə təyin edə və çatışmayan parçaları tamamlamaq üçün xüsusi addımları atmağa başlaya bilərsiniz.
Sahib olduqlarına görə minnətdar ol, şükür et
Minnətdar olmaq yaxşı yaşamaq üçün əsas şərtlərdən biridir. Əlinizdə olanların fərqində olmaq, çətin günlərdən daha asan keçməyinizə və həyatınızı yaxşılaşdırmağa kömək edə bilər. Sahib olduqlarınızın fərqində olmaq və minnətdar olmaq həm də həyatınızın o vaxta qədər kəşf etmədiyiniz gözəlliklərlə dolu olduğunu görməyə imkan verəcək.
Həyatınızda müsbət anlayışlara yer açın
Sevgi, tolerantlıq, ümid, xeyirxahlıq kimi məfhumlar həyatı gözəlləşdirən duyğulardandır. Bu məfhumlar qarşılıqlı olduqda həzz verir kimi görünsələr də, əslində sizi xoşbəxt etmək üçün onların qarşılıq almaları lazım deyil. Həyatınızı gözəlliklə doldurmaq üçün əvvəlcə özünüzdən başlaya bilərsiniz. Davranışınızı daha mehriban, daha dözümlü olmaq üçün dəyişə bilərsiniz.
Həyatınızı yaxşılaşdıracaq addımlar atmağa başlayın
Həyatınızın dəyişdirmək istədiyiniz tərəflərini kəşf etdiyiniz zaman xəyallarınızdakı gözəl həyata çatmaq üçün atmanız lazım olan addımları daha asan həyata keçirə bilərsiniz. Bu prosesə həyatınızı yaxşılaşdıracağına inandığınız şeyləri daxil edə bilərsiniz. Neqativ hisslərə səbəb olan insanları və fikirləri həyatınızdan çıxara bilərsiniz. Məsələn, xəyal etdiyiniz həyata çatmaq üçün əskik olanın zövq alacağınız fəaliyyətlər olduğuna inanırsınızsa, sizə ilham verəcək bir sosial mühit və ya həzz alacağınız bir hobbi tapmaqla başlaya bilərsiniz.

Özünüzə qulluq edin
Xəyallarınızdakı gözəl həyata nail olmaq üçün özünüzə qayğı göstərin. Fiziki ehtiyaclarınızla yanaşı emosional ehtiyaclarınızı da nəzərə alaraq yaxşı yaşamağa, yaxşı yeməyə, yaxşı görünməyə və hiss etməyə diqqət edin.

İlham alın
Həyatınızı gözəl etmək üçün sizə həzz verən, sizi xoşbəxt edən və gülümsədən şeylərdən ilham alın. Çox əziz bir dostunuz, dəftəriniz, payız rəngləri, gözəl bir qoxu və ya uşaqlarla keçirəcəyiniz bir neçə saat sizin ilhamınız ola bilər. Sizə sevinc gətirən şeyləri kəşf etmək üçün gözlərinizi açıq saxlayın.

“Həyatı yaxşı yaşa”
Arzularınızı və hədəflərinizi təyin etdikdən, sizi xoşbəxt edən və həyatınızı gözəlləşdirən şeyləri kəşf etdikdən sonra kiçik addımlarla belə böyük fərq yarada və daha yaxşı həyata çata bilərsiniz. Məsələn, müxtəlif hisslərlə həyatı yaşamaq üçün qoxuların gücündən istifadə edin. Fərqli otlar bədəninizin müxtəlif hissələrini stimullaşdıraraq müxtəlif həzzləri yaşamağa kömək edə bilər.
Mənbə: Uplifers
Tərcümə etdi: Nuran Əhmədzadə
