Bu gün:

“Qalatasaray”ın avtobusuna daşlı hücum – Polis əməliyyata başlayıb


Bursada TOFAŞ-la keçirilən oyundan sonra “Qalatasaray MCT Technic” basketbol komandasını daşıyan avtobus daşlı hücuma məruz qalıb. Hadisə matçın ardından İstanbula dönüş zamanı baş verib.

Məlumata görə, Türkiyə Sığorta Basketbol Super Liqasının 10-cu həftəsində TOFAŞ İdman Salonunda oynanılan və Bursaspor Basketbolunun 91-87 hesablı qələbəsi ilə nəticələnən qarşılaşmadan sonra naməlum şəxs və ya şəxslər avtobusa daş atıblar. Hücum nəticəsində nəqliyyat vasitəsinin şüşəsi sındırılıb.

Hadisə ilə bağlı polis qüvvələri dərhal əməliyyata başlayıb. Hücumda iştirak edən şübhəli və ya şübhəlilərin müəyyən edilərək saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.

“Qalatasaray MCT Technic”in ABŞ-də yerləşən X platformasında yayımladığı açıqlamada bildirilib ki, komanda Bursa dönüşü zamanı qrup halında hücuma məruz qalıb. Hücumdan sonra komanda avtobusu dəyişdirilərək yoluna təhlükəsiz şəkildə davam edib və İstanbul istiqamətinə yola düşüb.

Hadisə ilə bağlı klub və hüquq-mühafizə orqanları vəziyyəti nəzarətdə saxlayır.

https://www.haberler.com/spor/galatasaray-otobusune-tasli-saldiri-19332923-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et