İnsan bədəni tezliyi dünyadakı dəyişiklikləri yaradır və qorxu şüuru bütün kainatı fəlakətlərə sürükləyə bilər. “Nə düşündüyümüzə diqqət etməliyik. Biz dünyanı formalaşdırırıq”. Dünyanın tezliyinə uyğun olmağın vacibdir. Bu uyğunlaşma üçün gün ərzində edə biləcəyimiz bəzi məşqlər əhəmiyyətlidir. Bir ağacı qucaqlamaq və ya hətta tullanmaq. Sadə üsullarla bədən tezliyinizi artıra biləcəyinizi bilirdinizmi?
Dünyanın ritmini tutun
Bədən tezliyi dünya tezliyi ilə harmoniyadadır. Biz kainatın enerji dənizində üzənlər, biz öz tezliyimizlə bütün sistemə təsir edirik və təsirlənirik. Yerin tezliyini ölçən alimin adını daşıyan Şuman rezonansı bu məlumatı işıqlandırıb.
Bütün dünyanın tarazlığı bir tezlik ölçüsündə olsa da, düşündüyümüz şeylərin dünyanı formalaşdırdığını da qəbul etməliyik. Ana bətnində olan körpə ananın ürək ritmini eşidib rahatlaşdıqda təhlükəsiz olduğu siqnalını alır. Bu vəziyyət onun doğulduqdan sonra da o tezliyə can atmasına səbəb olur.
Körpə böyüdükcə o tezlik ritmini şuman rezonansı ilə ifadə olunan dünyanın ürək ritmi ilə tutur. O, həmin tezlikdə tarazlaşır və rahatlaşır, bətnlə yer arasındakı enerji tezlik əlaqəsi aydınlaşır.
Kosmosa gedən kosmonavtların üç aydan sonra dərin depressiyaya düşməsi müşahidəsi də başqa bir nümunədir. Araşdırmalar göstərir ki, dünya tezliyindən uzaqlaşmaq dərin fiziki və zehni təsirlərə malikdir.

Zəlzələ qorxusu zəlzələ yaradır, onun baş vermə ehtimalını artırır.
Müharibələrdə dünyanın tezliyi güclü partlayışlarla 7 hz-dən 12-13 hz-ə yüksəlir. Qorxu şüuru ilə dünyanın tezliyi ilə oynayırıq. Məsələn zəlzələ qorxusu şüurda nə qədər çox yer alıb yüksəlirsə, dünyada tezliyini yüksəldəcək və reaksiyaya səbəb olacaq.
Şüurumuzun formalaşdırdığı dünya yalnız təmizləndiyimiz halda təmizlənir, dinc olduğumuz zaman rahatlaşır. Əslində hamımız dünyanı şüurumuzun tezliyi ilə görür və tezliyimizə uyğun əlaqələr qururuq.
Bu, indi şüurumuzun enerji varlıqları olduğumuzu dərk etdiyini nümayiş etdirir. Yaradılışdan xəbər verən enerji elmini oxuyub düzgün istifadə etmək insana bir hədiyyədir. Öz tezliyimizi və ritmimizi balanslaşdırmaq dünyanı tarazlaşdıracaq.

Ağacı qucaqlayın
1 dəqiqə təmiz havada şüurlu şəkildə dərindən nəfəs almaq. Nəfəs alma ilə yanaşı, körpücük sümüyümüzün bir az altındakı boşluğu masaj etmək və ya ritmik vuruşlar tezliyimizi artıracaq.

Olduğun yerdə tullanmaq və atlayarkən gülmək. Bədəndəki meridian enerji axınımızı təzələyən təmizləyici məşqlər etmək. Hərəkət çox vacibdir, gündə qısa bir məşq edə, rəqs edə bilərsiniz.

Bir ağacı qucaqlamaq, yalın ayaqla yerə basmaq, yuyunmaq və yuyunarkən duzdan istifadə etmək tezliyimizi tarazlaşdırır. Su içmək çox vacibdir. Suda olduğu kimi yemək yeyərkən aşağı tezlikli düşüncə və hissləri yeməyə köçürmək tezliyi aşağı salır. Mis istifadəsi tezliyimizi aşağı salan maqnit dalğalarını udacaq.
Mənbə: Milliyet
Tərcümə etdi: Nuran Əhmədzadə
