“Barselona” İspaniya La Liqasının növbəti mərhələsində səfərdə “Betis” üzərində əzmkar qələbə qazanıb. Qarşılaşma Kataloniya təmsilçisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Bu barədə məlumat klubun rəsmi sosial media hesablarında paylaşılıb.
Matçın erkən dəqiqələrində “Betis” hesabı açsa da, “Barselona” qısa müddətdə oyunun gedişatını dəyişib. Kataloniya klubunun qolları birinci hissədə ardıcıl dəqiqələrdə vurulub. Komandanın hücum xətti yüksək oyun əzmi göstərərək 11-ci, 13-cü, 31-ci və 40-cı dəqiqələrdə fərqlənib. Sonuncu qol isə 99-cu dəqiqədə qeydə alınıb.
Rəqib komandadan qollar 6-cı, 84-cü və 90-cı dəqiqələrdə gəlib.
Qələbədən sonra “Barselona” rəsmi səhifəsində paylaşım edərək “Liderliyimizi qoruyuruq” mesajını yayıb. Klubun azarkeşləri matçdan sonra sosial şəbəkələrdə komandanın oyununu yüksək qiymətləndiriblər.
Mənbə: FC Barcelona
Tərcümə etdi: Fatimə Salmanlı
