“İnter Mayami” MLS Kuboku finalında “Vankuver” üzərində 3:1 hesablı qələbə əldə edərək klub tarixində ilk dəfə çempionluğa sahib olub.
Komandanın qolları Rodriqo De Pol, Tadeo Allende və rəqib müdafiəçisinin öz qapısına vurduğu top sayəsində gəlib. İki qol ötürməsi ilə fərqlənən Lionel Messi matçın MVP-si seçilib.
Görüşün 8-ci dəqiqəsində “İnter Mayami” hesabı açıb. “Vankuver” ikinci hissədə Əli Əhmədin qolu ilə bərabərlik yaratsa da, 71-ci dəqiqədə Messi–De Pol tandemi meydan sahiblərinə yenidən üstünlük qazandırıb. Qarşılaşmanın əlavə vaxtında Allende yekun nəticəni müəyyənləşdirərək postsezonda rekord sayılan 9-cu qolunu vurub.
Topa nəzarətdə geridə qalmalarına (35%–65%) baxmayaraq, “İnter Mayami” finalda inamlı çıxış edərək ilk MLS Kubokunu qazanıb.
Mənbə: intermiamicf
Tərcümə etdi: Nazim Xeyrxəbərli
