Argentinalı super ulduz karyerasının 47-ci kuboku ilə üçüncü Böyük Futbol Liqası mövsümünü başa vurub.

Lionel Messinin rəhbərlik etdiyi "İnter Mayami" MLS Kubokunun finalında Tomas Müllerin "Vankuver Uaytkeps" klubunu 3:1 hesabı ilə məğlub edib. “Vankuver”in müdafiəçisi Edier Okampo səkkizinci dəqiqədə avtoqola imza atıb. Rodriqo De Paul və Tadeo Allende matçın sonlarında Messinin asistləri sayəsində qol vurublar.
Mənbə: Forbes.ru və Lenta.RU
Tərcümə etdi: Zeynəb Şahmarova
