Cizgi filmlərinin yalnız uşaqlar üçün olduğunu düşünürsünüzsə, yanılırsınız. Cizgi filmlərinin ssenariləri təbii ki, yaş kateqoriyası üçündür, lakin cizgi filmlərində ifadə olunan və böyüklərin həvəsinə çevrilən çoxlu cizgi filmləri və animasiyalar var. Cizgi filmi izləmək böyüklərin həyatlarını zövqlü, maraqlı, əvəzsiz edir.
Cizgi filmlərinə baxmağın faydaları nələrdir?
Bəli, düz eşitdiniz. Həm yetkinlikdə, həm də uşaqlıqda cizgi filmlərinə baxmağın həqiqətən faydaları var.

Uşaqlar üçün ən vacib xüsusiyyəti tərbiyəvi olmasıdır. Xüsusən də indi uşaq inkişafının fərqindəlik dövrü olaraq cizgi filmləri təhsil üçündür. Təmizlik vərdişləri, məktəb mühitinin həvəsləndirilməsi və dostluq etməyin vacibliyi hətta yerli və ənənəvi xüsusiyyətlərin konkretləşdirilməsi, müxtəlif insanlara qarşı müsbət münasibət cizgi filmləri vasitəsilə bütün uşaqlara aşılanır. Xüsusilə bu əsərin mahnılarla, öyrədici oyunlarla nümayiş etdirilməsi onu uşaqlar üçün daha cəlbedici və zövqlü edir.
![]()
Seriallar, müsabiqələr, filmlər, ümumiyyətlə, dram, zorakılıq və təhqirləri ehtiva edir. İnsanlar bu proqramlara təsadüfən baxsalar da, zaman keçdikcə öz təsirlərini həyatlarında görürlər. Məsələn çox seriala baxanlar həmişə həyat yoldaşı tərəfindən aldadıldığını düşünərək paranoyak ola bilər, yarışlara çox baxanlar, daim insanları tənqid edib hər şeydə səhv axtaranlar, misalları çoxaltmaq olar. Amma cizgi filmləri belə deyil. Həmişə xoşbəxt bitir və inkişaf edir. Hətta inkişaf dövründə belə hadisələr həmişə əyləncəlidir.

Daha vacib cəhət odur ki, insanlara unutduqları dəyərləri xatırladır. Böyüklər üçün cizgi filmlərinə baxmaq həm həyata xoşbəxt bir pəncərədən baxmaq, həm də valideyn sevgisi, uşaqlıqda dünyanı müşahidə etmək və uşağa ona uyğun istiqamət vermək, dostluğun, qardaşlığın dəyərini xatırlamaq, görmək kimi insani olmağın qapısını açır və insanların yaxşı tərəflərini inkişaf etdirir.
Mənbə: Tahlil
Tərcümə etdi: Nuran Əhmədzadə
