"Fənərbaxça" Trendyol Super Liqasının 15-ci turunda RAMS Başakşəhərin qonağı olub. Qarşılaşmanın ilk yarısı qolsuz - 0:0 hesabı ilə başa çatıb.

Liqa çərçivəsində keçirdiyi 14 oyunda 9 qələbə və 5 heç-heçə əldə edən "Fənərbaxça" hələ məğlubiyyəti olmayan yeganə komanda kimi 32 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Komanda son oyununda lider "Qalatasaray"la öz meydanında 1:1 hesablı heç-heçəyə razılaşıb və zirvəni 1 xal fərqlə izləməkdə davam edib.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
