Bu gün:

Premyer Liqadan sürpriz təklif: Oosterwolde gündəmdə


"Fənərbaxça"nın müdafiədəki ən stabil oyunçularından biri olan Jayden Oosterwolde üçün Premyer Liqadan sürpriz transfer təklifi gündəmə gəlib. İngiltərə mətbuatının məlumatına görə, "Nyukasl Yunayted" holland müdafiəçini yanvar ayında heyətinə qatmaq üçün rəsmi addım atmağa hazırlaşır.

Bu mövsüm Milan Şkriniarla mükəmməl uyğunluq nümayiş etdirən və çıxışı ilə diqqət çəkən Oosterwolde, Avropa klublarının transfer siyahılarına daxil olub. "Nyukasl"ın Dan Burn-a alternativ axtarışında holland futbolçunun ilk sırada yer aldığı vurğulanır.

"Fənərbaxça" isə mövsümün kritik mərhələsində əsas oyunçusunu buraxmaq niyyətində olmasa da, yüksək məbləğli təklifin klub rəhbərliyinin mövqeyinə təsir edə biləcəyi qeyd olunur. İstanbul təmsilçisi hazırda qərar vermək üçün vəziyyəti yaxından izləyir.

Oosterwolde-nin də Premyer Liqada oynamaq fikrinə müsbət yanaşdığı iddia edilir. Transferlə bağlı danışıqların yanvar ayında daha da konkretləşəcəyi gözlənilir.

https://www.haberler.com/spor/ayden-oosterwolde-ye-surpriz-talip-19329817-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et