2026 Dünya Kubokunun püşkü azarkeşlərə ümid bəxş edib. Qrup mərhələsinin açıqlanmasından sonra xüsusən futbolun zəif sayılan ölkələrində sevinc havası hökm sürüb.

28 ildən sonra Dünya Kubokuna dönən Şotlandiyada coşqu pik həddə çatıb. Qlazqoda bir azarkeş "Batman" geyimində “No Scotland, No Party” mahnısını oxuyaraq ab-havanı ifadə edib. Şotlandiya C qrupunda Braziliya, Mərakeş və Haiti ilə qarşılaşacaq. Bu, həm də 1998-ci ildə Braziliya ilə açılış oyunlarının təkrar görüşü olacaq.
Karib dənizində yerləşən kiçik Kurasao adası isə tarixində ilk dəfə Dünya Kubokuna vəsiqə qazanaraq möcüzəvi nəticə göstərib. Cəmi 150 min nəfərlik əhalisi olan ölkə E qrupunda Almaniya, Ekvador və Fil Dişi Sahili ilə qarşılaşacaq.
Kurasao azarkeşləri "bu tarixdir" deyə sevinclərini bölüşüb, ilk dəfə belə böyük arenada iştirakın qürurunu yaşayıblar.
Mənbə: Reuters
Tərcümə etdi: Nazim Xeyrxəbərli
