Bu gün:

Tramp Dünya Çempionatı tədbirində diqqət mərkəzində olacaq


Trampın seçki mitinqlərində tez-tez səsləndirdiyi "Y.M.C.A." mahnısını məşhur "Village People" qrupu səsləndirəcək. FIFA isə tədbir zamanı öz “Sülh mükafatını” təqdim edəcək. 

Tramp daha əvvəl Nobel Sülh Mükafatına namizədliyini açıq şəkildə dəstəkləyib və müxtəlif beynəlxalq münaqişələrin həllində rol aldığını qeyd edib. Lakin bu səylər müxtəlif reaksiyalarla qarşılanıb.

Tədbirdə klassik ifaçı Andrea Boçelli, britaniyalı pop ulduzu Robbi Uilyams və amerikalı müğənni Nikole Şerzinger də səhnə alacaq.

Tramp bu il bir çox idman və mədəni tədbirlərdə prezident statusundan istifadə edərək iştirak edib. Fevralda Super Bowl-a qatılıb, bu isə izdiham arasında həm alqışla, həm də narazılıqla qarşılanıb. Bazar günü isə o, prezidentliyi dövründə qatılmadığı Kennedi Mərkəzi Mükafatlarına iştirak etməyi planlaşdırır.

Tədbirdə geosiyasi məsələlər də öz əksini tapacaq. İran nümayəndə heyəti əvvəlcə viza problemlərini əsas gətirərək iştirakdan imtina etsə də, sonradan tədbirə qatılmaq qərarına gəlib. 

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et