Bu gün:

Heç Aydakı qızdırma haqqında eşitmisinizmi?


Ayın səthini örtən toz hissəciklərinin kənarları kəskin olduğundan, Ayın səthində xidmət edən astronavtlarda qripə bənzər simptomlar yarada bilər.

1972-ci ildə Apollon 17 missiyası əsnasında Ay gəzintisindən sonra kosmik gəmiyə qayıdan astronavt Harisson Şmitt paltarlarını örtən Ay tozuna görə göz yaşı, burun tıxanıqlığı və asqırma kimi qripə bənzər simptomlar yaşayıb. Ayın səthini örtən toz hissəcikləri Yerdəki toz hissəcikləri kimi yuvarlaq olmadığı üçün toz hissəciklərinin kənarları kəskin olur. Buna görə də astronavtların gözlərini, tənəffüs yollarını və ağciyərlərini qıcıqlandıra bilir.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et