Bu gün:

Rafa Silva qayıdış siqnalı verib


"Beşiktaş" Super Liqada "Qaziantep FK" ilə keçiriləcək qarşılaşmanın hazırlıqlarını davam etdirərkən komandanın portuqaliyalı ulduzu Rafa Silva ilə bağlı mühüm dəyişiklik yaşanıb. Bir müddətdir durumu qeyri-müəyyən olan təcrübəli futbolçu bu gün keçirilən məşqdə komanda ilə birgə yer alaraq dönüş siqnalı verib.

Ulduz futbolçunun fiziki və mental olaraq matça tam hazır olub-olmadığı baş məşqçi Sergen Yalçın tərəfindən qiymətləndiriləcək. Silvanın vəziyyəti ilə bağlı yekun qərarın isə bir neçə günlük əlavə müşahidədən sonra veriləcəyi gözlənilir.

32 yaşlı hücumçu bu mövsüm "Beşiktaş"ın heyətində 16 matçda forma geyinib və komandasına 5 qol, 3 məhsuldar ötürmə ilə töhfə verib. Rafa Silvanın məşqlərə dönüşünün qara-ağlıların hücum xəttinə əlavə güc qatacağı gözlənilir.

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et