“Nyukasl Yunayted”in yeni icraçı direktoru Devid Hopkinson klubun yaxın illərdə qarşıya qoyduğu məqsədlər, stadion layihələri və inkişaf strategiyası barədə geniş açıqlama verib. O, komandanın 2030-cu ilə qədər dünyanın ən böyük futbol klubları sırasında yer almasını real hədəf kimi dəyərləndirib.

Bu barədə məlumat “Sky Sports”da yayımlanan müsahibədə öz əksini tapıb. Bildirilib ki, Hopkinson St. Ceyms Parkda vəzifəsinin icrasına başlayandan üç ay sonra klubun orta müddətli vizionunu təqdim edib. O, yeni stadion və təlim-məşq bazası layihələri, klubun PIF tərəfindən idarə olunan sahələri və “raket gəmisinə” bənzətdiyi strukturun daxili iş prinsiplərindən söz açıb.
Hopkinson bildirib ki, həm klub daxilində, həm də xaricində müəyyən şübhələr olsa da, rəhbərlik qarşıya qoyulan məqsədlərdən yayınmaq niyyətində deyil: “Bizim yolumuza inanmayanlara, hətta bizə gülənlərə baxmayaraq, cəsarətli addımlar atmalıyıq”.
Müsahibədə o, rəhbər heyətin planlarının yaxın vaxtlarda rəsmi olaraq ictimaiyyətə təqdim ediləcəyini də qeyd edib.
Mənbə: Sky Sports
Tərcümə etdi: Fatimə Salmanlı
