"Beşiktaş"-da 1 aydır davam edən Rafa Silva böhranı futbolçunun bu gün məşqə başlaması ilə başa çatıb.

"Fənərbaxça " derbisindən sonra məşqə getməyən və futbolu buraxıb komandadan ayrılmaq planları quran oyunçu bel ağrısından bir həftə müalicə alıb. Son günlər məşqçisi ilə fərdi hazırlıq keçən portuqaliyalı futbolçu bu gün obyektlərə gələrək saat 11:30-dakı komanda məşqinə qatılıb.
Oyunçunun Trendyol Super Liqasının 15-ci həftəsində, 8 dekabr tarixində keçiriləcək "Beşiktaş"- "Qaziantep FK" matçında oynayacağı gözlənilir.
Mənbə: Beinsports.com.tr və Nefes gazetesi
Tərcümə etdi: Zeynəb Şahmarova
