Bu gün:

"Sakaryaspor"da seçkili növbədənkənar ümumi yığıncaq keçiriləcək


"Sakaryaspor" klubunda seçkili növbədənkənar ümumi yığıncağın keçiriləcəyi açıqlanıb. Klubun sosial media hesabında yayımlanan məlumata görə, yığıncaq 19 dekabr cümə günü saat 14:00-da Adapazarı Bələdiyyəsi Orhangazi Mədəniyyət Mərkəzində baş tutacaq.

Yetərli say olmadığı təqdirdə seçki 28 dekabr bazar günü eyni yer və vaxtda müəyyən say tələbi olmadan keçiriləcək. 


Xatırladaq ki, "Sakaryaspor"un 8 iyunda təşkil edilən seçkili növbədənkənar ümumi yığıncağında klubun yeni sədri Məhəmməd Kıratlı seçilib. Oktyabr ayında keçirilən növbəti yığıncaqda isə sədrliyə namizəd irəli sürülmədiyindən klub Kıratlı və mövcud rəhbərliklə fəaliyyətini davam etdirmək qərarına gəlib.


Kıratlı bu gün gecə saatlarında sosial media hesabında yaydığı açıqlama ilə vəzifəsindən istefa etdiyini bildirib.


Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et