
Şiddətli yağışdan sonra bir çoxumuz havaya nüfuz edən xoş qoxunu dərindən içimizə çəkirik. Bəs bu qoxunun mənbəyi nədir?
Yağışdan sonra torpağın quruluşu və bitki müxtəlifliyi kimi səbəblərdən ətraf mühitdə müxtəlif qoxular meydana gələ bilər. Bu səbəbdən yağışdan sonra burnumuza gələn qoxuları hamımız fərqli təyin edə bilərik. Ancaq bu mövzuda ən çox izah edilən qoxu torpaq qoxusu olaraq ifadə edilən qoxudur. Bu qoxunun mənbəyi torpaqda olan aktinomiset adlanan bakteriyalardır. Bu bakteriyalar torpaq nəm olanda inkişaf edir və torpaq quruyanda sporlar əmələ gətirərək çoxalmağa başlayır. Yağış yağanda torpaqdakı bu sporlar yağış damcılarının təsiri ilə havaya qalxır. Yağış dayandıqdan sonra ətraf mühitdə əmələ gələn rütubətli hava havadakı sporları daşıyır və burnumuza çatdırır. Beləliklə, biz torpaq qoxusu kimi təsvir etdiyimiz aromatik bir qoxu alırıq.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
