Bu gün:

La Liqada “Barselona” növbəti qələbəni qazanıb


La Liqanın növbəti mərhələsində “Barselona” doğma meydanda “Atletiko Madrid”i 3:1 hesabı ilə məğlub edib. Kataloniya təmsilçisi matçın əvvəlindən sona qədər üstün oyun nümayiş etdirib.

Qarşılaşmanın hesabını 26-cı dəqiqədə Rafinia açıb. İkinci hissədə “Barselona” hücumlarının intensivliyini artıraraq üstünlüyünü daha da möhkəmləndirib. 65-ci dəqiqədə Dani Olmo fərqlənib. Oyuna əlavə olunan 6-cı dəqiqədə isə Ferran Torres komandasının üçüncü qolunu vurub.

Qonaq komandanın yeganə qolunu 19-cu dəqiqədə Baena qeydə aldırıb.

Matçla bağlı məlumat “Barselona”nın rəsmi sosial şəbəkə hesablarında paylaşılıb. Klub qarşılaşmanı “liderin qələbəsi” kimi dəyərləndirib.

Mənbə: FC Barcelona

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et