İtaliya Kubokunun son 16 turunda bu gün “Yuventus” – “Udine” qarşılaşması baş tutacaq. Matç saat 23:00-da start götürəcək və TRT SPOR-da canlı yayımlanacaq. 
Turnirin ilk oyununda “Yuventus” öz meydanında “Udine”ni qəbul edəcək. Turin təmsilçisi bu mövsüm İtaliya Kubokunda ilk dəfə meydana çıxacaq. Komandaların sonuncu Seriya A görüşündə “Yuventus” 3:1 hesabı ilə qalib gəlib və milli futbolçu Kənan Yıldız həmin oyunda 1 qolla yadda qalıb Həmin görüşdən sonra məğlubiyyət görməyən “Yuventus” ötən il yarımfinalda dayandığı kubok yoluna qələbə ilə başlamağı hədəfləyir.
“Udine” isə ötən mövsüm turniri məhz son 16-da tərk edib. Kosta Runyaiçin komandası bu il kubokun ilk turunda “Karrarese”ni, ikinci turunda “Palermo”nu məğlub edərək 1/8 finala yüksəlib. Liqadakı son qarşılaşmada səfərdə “Parma” üzərində 2:0 hesablı qələbə qazanan qara-ağlılar “Allianz Arena”ya yüksək əhval-ruhiyyə ilə gəlir.
Turinin ev sahibliyi edəcəyi görüşdə qalib komanda adını yarımfinala yazdıracaq. Matç bərabərliklə başa çatsa, uzatma oynanılmayacaq və mərhələni keçən tərəf penaltilərlə müəyyənləşəcək.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
