Samsunspor həm Trendyol Super Liqasında, həm də UEFA Konfrans Liqasında son 14 oyunda məğlub olmayaraq mövsümün ən diqqətçəkən komandalarından birinə çevrilib. Komanda bu qarşılaşmalarda 7 qələbə və 7 heç-heçə əldə edib və ardıcıl xal qazanmaqla sabit oyununu davam etdirir.
Samsunspor Super Liqada yalnız 5-ci turda Antalyaspora 2:1 hesabı ilə uduzmuşdu. Bu görüşdən sonra başlayan uğurlu seriya 10 oyundur davam edir. Komanda əvvəlcə Kasımpaşa ilə qolsuz bərabərə qalıb. Ardınca Mısırlı.com.tr Fatih Karagümrük üzərində 3:2 hesablı qələbə qazanıb. Daha sonra Gaziantep FK ilə 2:2 və Fənərbaxça ilə 0:0 nəticələri qeydə alınıb. Son olaraq Zecorner Kayserispor 3:1 hesabı ilə məğlub edilərək seriya möhkəmləndirilib.
Komanda Avropada da uğurlu çıxışı ilə seçilir. Samsunspor ilk dəfə qatıldığı UEFA Konfrans Liqasında keçirdiyi 4 matçda 10 xal toplayaraq liderlik qrupunda yer alıb. Komanda səfərdə “Legiya” üzərində 1:0 hesablı qələbə qazanıb. Daha sonra Kiyev “Dinamo”su və “Hamrun Spartans” 3:0 hesabı ilə məğlub edilib. Son “Breidablik” qarşılaşması 2:2 başa çatıb. Bu oyunlarda 9 qol vuran Samsunspor cəmi 2 qol buraxaraq həm hücumda, həm də müdafiədə güclü performans göstərib.
Samsunsporun hücum xətti yüksək məhsuldarlıq nümayiş etdirir. Konfrans Liqasında Marius Mouandilmadji 4 qolla komandanın ən çox qol vuran futbolçusudur. Anthony Musaba və Carlo Holse hərəyə 2, Emre Kılınç isə 1 qol vurub. Super Liqada Carlo Holse 5 qolla komandanın əsas bombardiri olub. Çerif Ndiaye 4, Anthony Musaba 3, Mouandilmadji, Rik Van Drongelen və Lubomir Satka isə hərəyə 2 qolla yadda qalıb. Toni Borevkoviç 1 qol vurub və Kocaelispor matçında Aleksandar Yovanoviç avtoqol ilə diqqət çəkib.
https://www.haberler.com/spor/samsunspor-ligde-ve-avrupa-da-kaybetmeyi-unuttu-19315866-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
