“Barselona” La Liqanın 14-cü turu çərçivəsində doğma meydanda “Alaves”i qəbul edib. Kataloniya təmsilçisi qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.

Bu barədə məlumat klubun rəsmi sosial media hesablarında paylaşılıb. Bildirilib ki, matç boyu üstün oyun nümayiş etdirən “Barselona” vacib üç xal qazanaraq turnir cədvəlində mövqeyini möhkəmləndirib.
Oyunda komandanın qollarına müxtəlif futbolçular imza atıb, azarkeşlərin dəstəyilə matç yüksək tempdə keçib.
“Barselona” klubunun rəsmi səhifəsi görüşün əsas məqamlarını da izləyicilərin diqqətinə çatdırıb.
Mənbə: FC Barcelona
Tərcümə etdi: Fatimə Salmanlı
