Bu gün:

“Vini Jr tam hazır olmazsa, Dünya Çempionatına aparılmayacaq”


Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bildirib ki, Vinisius Junior yalnız tam formada olacağı təqdirdə 2026 Dünya Çempionatının heyətinə daxil ediləcək. İtaliyalı mütəxəssis Esporte Record-a verdiyi müsahibədə hər bir oyunçudan 100% hazır olmağı tələb etdiyini deyib.

“Hər kəsə eyni yanaşıram. Neymar da, Vinisius da fərq etmir. Əgər Vinisius 90% hazırdırsa, onu yox, 100% formada olan başqa oyunçunu çağıracam. Xüsusilə hücumda çox sayda yüksək səviyyəli oyunçularımız var,” - deyə o vurğulayıb.

Qeyd edək ki, Vini Jr bu ilin iyununda Paraqvaya qarşı oyunda yeganə qolu vuraraq Braziliyanın 2026 Dünya Çempionatına vəsiqə qazanmasına kömək edib. Braziliya martın 23–31-i aralığında Boston şəhərində Fransaya qarşı yoxlama oyunu keçirəcək.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et