Bu gün:

Emre Belözoğlu Super Liqaya qayıda bilər


Super Liqa klublarından Çaykur Rizespor baş məşqçi vəzifəsinə Emre Belözoğlunu əsas namizəd kimi müəyyənləşdirib. İlhan Palutun ayrılığından sonra klub rəhbərliyi gənc mütəxəssislə əlaqə saxlayıb və danışıqlara başlayıb.

Son olaraq Antalyasporu çalışdıran 45 yaşlı məşqçi yenidən Türkiyə futbol gündəminə düşüb. Daha əvvəl Joze Mourinyonun gedişindən sonra adı Fənərbaxça ilə hallanan Belözoğlu üçün bu dəfə gözlənilməz şəkildə Çaykur Rizespor maraq göstərib.

Məşqçilik karyerasına Fənərbaxçada başlayan Belözoğlu daha sonra Başakşehir, MKE Ankaragücü və Antalyasporu idarə edib. Onun Antalyasporla fəaliyyəti 28 matç davam edib.

Bu müddətdə komandası 9 qələbə, 6 heç-heçə və 13 məğlubiyyət əldə edib. Orta hesabla 1,18 xal toplayan Belözoğlu mövsüm ərzində klubdan ayrılıb.

Hazırda Rizesporun onunla bağlı qərarı yaxın günlərdə rəsmiləşə bilər.

https://www.haberler.com/spor/super-lig-de-emre-belozoglu-surprizi-goreve-o-19310949-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et