Bu gün:

Türkiyənin qadın futbolçuları Albaniyanı məğlub edib


Türkiyənin qadınlardan ibarət milli futbol komandası hazırlıq oyununda üz-üzə gəldiyi Albaniyanı 2-0 məğlub edib.

2027 FIFA Dünya Kuboku Avropa Seçmə oyunlarına hazırlaşan ay-ulduzlular Albaniya ilə ikinci dəfə xüsusi oyunda qarşılaşıb. Rivadakı Hasan Doğan Milli Komandalar Düşərgə və Təlim Mərkəzində yerləşən Türk Hava Yolları Meydanında keçirilən qarşılaşmada millilər 14-cü dəqiqədə Busəm Şekər və 81-ci dəqiqədə Selən Gül Altunkulağın vurduğu qollarla 2-0 qalib gəlib.


Albaniya baş məşqçisi Armir Qrimay oyunun son bölümündə qırmızı vərəqə alıb.


Oyununu Türkiyə Futbol Federasiyasının Qadın Futbolu direktoru Oray Baykal və hazırlıq düşərgəsini davam etdirən 23 Yaşadək Qadın Milli Komandası tribunadan izləyib.


Mənbə: TRT Sports


Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et