Real Madrid La Liqanın növbəti turunda Girona ilə 1:1 hesablı heç-heçə edib. Komandanın qolunu Mbappé vurub. Oyunun 80-ci dəqiqəsində Rodrygoya Roca tərəfindən edilən kobud müdaxiləyə baxmayaraq, hakim De Burgos Bengoetxea penaltini təyin etməyib.

Xabi Alonsonun yetirmələri matça aqressiv pressinq və topu tez qazanmaq məqsədi ilə çıxıblar. İlk dəqiqələrdən etibarən qol imkanları yaranmağa başlayıb. 9-cu dəqiqədə Arda Güler cərimə meydançası kənarından təhlükəli zərbə endirsə də, top qapıdan aralı keçib. 11-ci dəqiqədə isə Mbappé sol ayağı ilə qüvvətli zərbə vursa da, top qapıdan yuxarı keçib. Vinicius da uzaq məsafədən zərbə ilə şansını yoxlayıb.
Girona ilk yarıda Real Madridin təzyiqindən çətinliklə çıxıb. 26-cı dəqiqədə Tsygankov və Ounahi iki təhlükəli hücumla fərqlənməyə yaxın olublar. 39-cu dəqiqədə Militãonun başla zərbəsini qapıçı Gazzaniga möhtəşəm qurtarışla zərərsizləşdirib. Ardınca Mbappé-nin vurduğu qol VAR-a baxıldıqdan sonra onun əvvəlki epizodda əllə oynadığı əsas gətirilərək ləğv edilib.
Bundan dərhal sonra isə Ounahi əlavə olunmuş dəqiqələrdə qüvvətli zərbə ilə Courtois-nı məyus edib və hesabı açıb - 1:0.
Mənbə: realmadrid.com
Tərcümə etdi: Mələk Nəsirli
