Açıq Həvəskarlar Liqası çərçivəsində baş tutan matç zamanı 36 yaşlı həvəskar futbolçu vəfat edib.

Sport Baza tərəfindən yayılan məlumata görə, oyunçu matç zamanı pisləşib və meydançada yıxılıb. Ölüm səbəbinin isə qan laxtalanması olduğu bildirilib.
Həkimlər dərhal tibbi müdaxilə edərək kliniki olaraq ölən futbolçunu xilas etməyə çalışsalar da, reanimasiya tədbirləri nəticəsiz qalıb.
Mənbə: Lenta.RU
Tərcümə etdi: Zeynəb Şahmarova
