Bu gün:

11 gün yuxusuz qalan yeniyetmə


1964-cü ildə 17 yaşlı orta məktəb şagirdi Rendi Qardner 264 saat 25 dəqiqə yuxusuz qalaraq dünya rekordu qırdı. Təcrübənin sonunda Randinin beyin dalğaları araşdırıldı və beyninin bəzi hissələrinin əslində yuxuya getdiyi məlum oldu.

1963-cü ilin sonunda orta məktəbdə oxuyan iki yeniyetmənin ağlından maraqlı bir fikir keçirdi. Bruce McAllister və Randy Gardner millətin diqqətini cəlb etmək və yuxusuzluğun paranormal qabiliyyətə təsirini araşdırmaq üçün təcrübə etmək istəyirdilər.

İki yeniyetmə kimin daha çox yuxusuz qala biləcəyini görmək üçün yarışdılar və Rendi üç gün yuxusuz qaldıqdan sonra özünü divarın yanında yatarkən tapdı. Bununla belə ki dost işi davam etdirmək istəyirdilər.

Yeniyetmələr üçüncü şəxsə ehtiyac duyduqlarını anladılar və kömək üçün dostları Co Marcianoya zəng etdilər. Joe ilə birlikdə Stenford Universitetindən William Dement adlı yuxu tədqiqatçısı qrupa qoşuldu və təcrübəni qəzetdə görmüşdü.

Dement yuxu elmi üzərində araşdırma aparırdı və bu təcrübə onun marağına səbəb oldu. 

“Yəqin ki, mən o vaxt planetdə yuxu araşdırması aparan yeganə insan idim”,-demişdi,-"Çünki" kifayət qədər yuxusuz qalsan, öləcəksənmi? Sual hələ də həllini tapmayıb”. 

Bu peşəkar iştirak Rendinin valideynlərini əmin etdi.

Yuxusuzluq təcrübəsi başlayanda hər şey yaxşı görünürdü. Ancaq günlər keçdikcə Rendinin qoxu, dad və eşitmə duyğuları mənfi təsirlənməyə başladı və Rendi hətta bəzi qoxulara qarşı dözümsüz oldu. Dostu Bryus deyir ki, Rendi ona,-“Mənə bunun iyini hiss etdirmə, mən qoxuya dözə bilmirəm”,-demişdi.

Bu müddət ərzində oyaq qalmaq üçün basketbol oynayan Rendinin performansı təəccüblü dərəcədə yaxşı idi. 

"O, fiziki cəhətdən çox uyğun idi". 

Rendi yuxusuz qaldığı 11 gün ərzində onu oyaq saxlamaq üçün heç bir ayrıca gücləndirici qüvvə almadı, lakin onu oyaq saxlayan insanlarla əhatə olunmuşdu, lakin daha az stimul olduğu üçün gecələr Rendini oyaq saxlamaq daha çətin idi.

Təcrübə 8 yanvar 1964-cü ildə başa çatdış 17 yaşlı Rendi Qardner 11 gün 25 dəqiqə oyaq qalmağı bacarıb.

Mənbə: Haberturk

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et