“Fənərbaxça”nın braziliyalı qapıçısı Ederson Trendyol Super Liqasının 13-cü turunda “Çaykur Rizəspor”la matçda uzun müddətdir davam edən seriyasını itirib. Sarı-lacivərdlilərin 5:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada Qazım Laçinin cərimə zərbəsindən vurduğu top Edersonun 3 ildən artıq davam edən cərimə zərbəsindən qol buraxmama seriyasını sona çatdırıb.
Rizəsporun yarımmüdafiəçisi Laçi cərimə qövsü yaxınlığından endirdiyi dəqiq və güclü zərbə ilə Edersonun müdaxiləsinə imkan verməyib. Top qapının uzaq küncünə düşərək braziliyalı qapıçının uzun müddət qoruduğu statistikaya son qoyub.
Ederson sonuncu dəfə 2022-ci ildə “Nyukasl”la matçda Kieran Trippierin cərimə zərbəsindən qol buraxmışdı. O vaxtdan bəri standart vəziyyətlərdə qapısında qol görməyən təcrübəli qapıçının seriyası bu matçla sona çatıb.
https://www.haberler.com/spor/ederson-tam-3-yil-sonra-bir-ilki-yasadi-19284948-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
