Bu gün:

Uşaqlara oyuncaq seçərkən nələrə diqqət etməliyik?


Doğuşdan inkişafa qədər uşaqlar öz təcrübələrindən çıxardıqları nəticələrlə öyrənirlər. Oyuncaqlar da bu təcrübənin bir hissəsi kimi öyrənməyə kömək edir. Ona görə də uşaqların hər hansı bir şeylə oynaya biləcəyini düşünmək düzgün deyil. 

Onların zəkaları inkişaf edir, xarakterləri formalaşır

Uşaqlar oyun vasitəsilə özlərini, həyatı və ətraflarını tanıyırlar. Oyun oynayarkən onların intellekti, yaddaşı, söz ehtiyatı, duyğuları inkişaf edir. Bu səbəbdən oyuncaq seçimində uşağın zəkasının inkişafına dəstək verən təhsil üstünlükləri olmalıdır. Öyrədici oyuncaqlar həm əyləncəlidir, həm də inkişafı dəstəkləyir. 

Oyuncaqların seçimi hansı meyarlara əsasən aparılmalıdır?

Oyuncaq maşınlar və kuklalar niyə vacibdir? Uşaq inkişafına görə oyuncaqlar aşağıdakı kimi dörd qrupa bölünür:

Fiziki və əzələ inkişafına kömək edən oyuncaqlar: Kublar, qutular, plastik kürəklər, vedrələr, çəkiclər və s.

Beş duyğunu açan oyuncaqlar: Suda oynanan oyuncaqlar, oyun xəmiri, rəsmdə istifadə olunan oyuncaqlar və qum.

Təsəvvür və sosial inkişafa kömək edən oyuncaqlar: Kuklalar, paltarlar, mətbəx əşyaları, avtomobillər, yük maşınları, kitablar və s.

Yaradıcılığı təşviq edən oyuncaqlar: Rəsm alətləri və materialları, oyun xəmiri, bloklar, kitablar və s. 

Oyuncaqları yaşa görə necə seçmək olar?

Körpələr üçün oyuncaq seçimi: 

0-6 ay: Körpənin ilk iki ayında eşitmə görmə qabiliyyətindən daha üstündür. Bu baxımdan yumşaq səsli oyuncaqlar, başlıqdan asılan musiqili oyuncaqlar, musiqili kitablar və cingiltili oyuncaqlar daha uyğun gəlir və körpələrin diqqətini daha çox cəlb edir. 2-ci aydan sonra görmə hissi inkişaf edir. Beləliklə, parlaq və ya ziddiyyətli rəngli olanlar daha maraqlı olacaq.


7-12 ay: Körpələr 6-cı aydan böyüyür və hərəkət edir. Onlar dönə, otura və ya hətta sürünə bilərlər. Bir yaşına çatanda onlar yeriməyə başlayırlar. Bu yaş qrupunda körpələr taxta maşınlar, vaqonlar, suda oynanan oyuncaqlar kimi təkərli oyuncaqlar daha uyğundur. Həmçinin, qüllələrin tikintisi üçün plastik və ya taxta kublar, kiçik rəngli toplar tövsiyə olunur.

1 yaşdan yuxarı: 1 yaşından etibarən uşaqların əksəriyyəti yeriməyə və hətta dırmaşmağa başlayır. Bu yaşdan etibarən uşaqların reallıq qavrayışı daha çox inkişaf edir. Onlar üçün canlı plastik heyvanları, kuklaları, nəqliyyat vasitələrini, qaldırıb yuvarlaya bildiklərini seçmək yaxşı olardı.

2 yaşdan yuxarı: 2 yaşından sonra uşaqlar daha aktiv olurlar. Daha çox tullanır, dırmaşırlar. Daha çox fiziki fəaliyyətlə məşğul olmağa hazırdırlar. Bu yaşdan etibarən uşaqların motor inkişafı ilə əlaqədar olaraq 4-12 parçadan ibarət fiqurlar, parçalanıb bir yerə yığılan oyuncaqlar, nağıl qəhrəmanı fiqurları onların diqqətini daha çox cəlb edir. Ölçüsünə uyğun itələnə bilən oyuncaqlar, mebel, alət çantaları, qumda və suda oynana bilənlər, rəngləmə kitabları və boyalar onları çox maraqlandırır.

3-6 yaş: Bu yaş arasında uşaqlar maraqlanmağa, suallar verməyə və daha çox danışmağa başlayırlar. Onlar da daha çox toplamaq və yığmaqla maraqlanırlar. Bəzi oyuncaqları və əşyaları toplamaqdan xoşlanırlar və özlərini daha xüsusi hiss edirlər. 12-20 parçadan ibarət olan fiqurlar, lego kimi onların birləşdirilərək hazırlanmış maketləri, əşyaları daşımağa kömək edən alətlər, kublar, musiqi alətləri, yazı lövhələri və müxtəlif boya dəstləri bu çağın diqqət çəkdiyi oyuncaqlarıdır. 

Oyuncaq yumurtalar təhlükəli ola bilər

Seçimdə təhlükəsizlik çox vacibdir. 3 yaşından kiçik uşaqlar üçün oyuncaq yumurta kimi kiçik parçalarla oynamaq əlverişsizdir. Suda oynayarkən yelləncək kimi fəaliyyətlərdə valideynlər mütləq uşaqlarının yanında olmalıdırlar. Uşaqlar üçün açıq havada oynamaq, qaçmaq və dırmaşmaq çox vacibdir. Ancaq bunu böyüklərin yanında etmələri tövsiyə olunur.

Oyuncaq seçimində cins fərqi varmı?

Oyuncaq seçimində qız və oğlan arasında fərq qoymaq tamamilə yanlışdır. Qoy qızlar maşınla, oğlanlar gəlinciklərlə oynasınlar. Onlar bu oyuncaqlarla sevdiklərinin rollarını təqlid edə bilirlər.

Bahalı oyuncaqlar almayın

Uşağınız üçün seçdiyiniz oyuncaqların hansı materialdan hazırlandığına diqqət yetirin. Bu oyuncaqların aid olduğu yaş qrupuna diqqət yetirin. Aldığınız oyuncaqların bahalı olması onların yaxşı olacağı demək deyil. Həmçinin çoxlu oyuncaq almaq onları doyumsuz və bədbəxt edə bilər. Çoxlu oyuncaq almış olsanız belə, onları qrup halında oynamaq üçün versəniz, uşağınızın daha xoşbəxt oynamasına imkan yaradacaq. 

Mənbə: Acı badem hayat 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et