21 yaşlı Danılo Yavhusışın Yaponiya Kyushu turnirində Monqolustanlı böyük çempion Hoşoryunu tay-brek döyüşündə məğlub edib və sumoda qalib olan ilk ukraynalı idmançı olub.

Müharibədən üç il əvvəl Ukraynadan qaçan 21 yaşlı idmançı Kyushu turnirini Monqolustanlı böyük çempion Hoşoryunu tay-brek qarşılaşmasında məğlub edərək qazanıb.
Rinq adı Aonişiki Arata olan Yavhusışın qələbəsindən sonra azarkeşlərə axıcı yapon dilində müraciət edərək, Fukuoka Kokusai Mərkəzində ən yaxşı bacarığını nümayiş etdirə bildiyinə görə sevinib.
“Hədəfimə çatıb xoşbəxt olmuşam” , - o, deyib. Bu qələbə televiziya ilə də yayımlanıb.
Ukraynadan qaçıb üç il əvvəl Yaponiyaya gələn Yavhusışın sumo pillələrini rekord sürətlə qalxıb. Yaponiya Sumo Assosiasiyası yaxın vaxtlarda onu “ozeki” - “yokozuna”dan bir pillə aşağı olan yüksək rütbəyə yüksəltmək üçün xüsusi iclas keçirəcək.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
