Bu gün:

Kocaelispor yüksəlişini davam etdirmək istəyir


Trendyol Super Liqasının ilk həftələrində yaratdığı uğursuz mənzərəni geridə qoyan “Kocaelispor” son 6 oyunda topladığı xallarla liqanın son pilləsindən doqquzuncu sıraya qalxa bilib.

Körfəz təmsilçisi 16 ildən sonra yüksəldiyi Super Liqada çıxdığı ilk 7 oyunda 2 heç-heçə, 5 məğlubiyyət yaşayıb. Səlcuq İnancın rəhbərliyindəki komanda yüksəliş tempini tutmaq və davam etdirmək məqsədilə məşqlərini gücləndirib.

Liqanın əvvəlindəki məğlubiyyətlərlə cədvəldə geriləyən “Kocaelispor” oktyabr ayından etibarən aldığı müsbət nəticələrlə yüksəlişə keçib.

Komanda “Eyüp Spor”, “Konya Spor”və "Alanya Spor"dan üç xal alıb. 31 oktyabrda isə 90-cı dəqiqədə penalti qolu ilə RAMS “Başakşəhər"ə səfərdə 1–0 məğlub olub.

“Kocaelispor” 9 noyabrda öz meydanında liqanın lideri “Qalatasaray"ı 1–0 məğlub edə bilib.

Körfəz təmsilçisi son olaraq liqanın güclü komandalarından olan “Göztepe” ilə səfərdə 0–0 heç-heçə qalaraq yüksəlişinə töhfə verəcək 1 xalı yazdırıb.

Liqanın ilk 7 həftəsində aldığı 5 məğlubiyyət və 2 heç-heçə ilə son sıraya düşən “Kocaelispor” oktyabrdan bəri oynadığı qarşılaşmalardan topladığı 13 xal sayəsində bir oyun artıq olmaqla 15 xalla doqquzuncu pillədə qərarlaşıb.

Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə


Paylaş
Şərh əlavə et