Bu gün:

Dəriyə qulluqda buz kürəsi effekti



 Son zamanlarda masaj alətləri dəriyə qulluq mərhələlərində çox istifadə olunur.  Bu səbəbdən təravətləndirici təsiri ilə diqqət çəkən buz kürələri də diqqət çəkir.

Buz kürəsinin üzdəki şişkinlik, böyük məsamələrlə mübarizə aparmaq  və ya dərini daraltmaq kimi funksiyaları var.  Buz kürələrini "üzdəki qızartıları aradan qaldırmaq üçün istifadə edilən soyuducu çubuqlar" kimi təsvir etmək olar.  Ən çox qeyd olunan xüsusiyyətlərdən biri də üz sinirlərini və əzələlərini stimullaşdırmasıdır ki, bu da dərinizi sıxır və incə qırışları aradan qaldırmağa kömək edir. Buz kürəkəri sızanaq müalicəsi, şişkin göz qapaqları və gün boyu davam edən miqrendən sonra qıcıqlanmış dərini sakitləşdirmək üçün istifadə olunur. 

Buz kürəsi nədir?

 Materialı, adətən, şüşə olan bu kürələr istifadə etməzdən əvvəl soyuq mühitdə saxlanılır Əsasən, onlar sferik ucları olan dondurulmuş çubuqlar kimi xarakterizə edilir.  Onlar şişkinliyi azalda və üzünüzə canlılıq verir.  Şüşə dəriyə nail olmaq üçün Koreya gözəllik məsləhətlərindən ilhamlanan bu məhsul asan qulluq üsulu olduğu üçün son vaxtlar çox populyarlaşıb.

Necə istifadə edilməli?

 Axşamdan soyuducuda soyutduğunuz kürələri dairəvi hərəkətlərlə və ya üzünüzü cazibə qüvvəsinin əksinə masaj edərək çəkə bilərsiniz. Bu prosesə qaşlarınız arasından başlaya və eyni hərəkətlərlə göz ətrafı, burun kənarları, yanaqlar, boyun və sinə bölgəsinə qədər davam edə bilərsiniz. Təbii ki, səhərlər və ya makiyajdan əvvəl istifadə etdiyiniz nəmləndirici kreminizi bu prosesi tətbiq etməzdən əvvəl çəkməyiniz məhsulun qidalanmasında faydalı ola bilər.

Faydaları nələrdir?

 Üzünüzdəki şişkinliyi azaltmağa kömək edir.

 Qızarıqlığı aradan qaldırır.

 Limfa drenajına kömək edir və sinuslarınızdakı təzyiqi azaldır.

 Məsamələrinizi daraldır

 Dərinizin daha canlı görünməsinə kömək edir

 Səhər nəmləndiricisi ilə istifadə edildikdə parlaqlıq verir.

  İfraz olunan sebumu tarazlamağa kömək edir.

 Pilinq prosedurlarından sonra dərinizin rahatlaşmasına kömək edir.

 Sızanaq müalicəsindən sonra dərini sakitləşdirir.

 Təravət hissi yaradır.

 Təravətli təsiri ilə özünüzü yaxşı hiss etdirəcək bu məhsulu tətbiq edərkən diqqətli olmalısınız. Dərinizdə çox uzun müddət saxlamaq yaxşı təsir etməyə bilər, çünki həddindən artıq soyuq dərinizin altındakı hüceyrələrlə təmasda olur.

Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et