Trendyol Super Liqasının 13-cü turunda “Kasımpaşa”1-0 geri düşdüyü oyunda “Korendon Alanyaspor"u 2-1 məğlub edib.
“Korendon Alanyaspor” ilə “Kasımpaşa” liqanın 13-cü turunda üz-üzə gəlib.
“Kasımpaşa”1-0 geri düşdüyü qarşılaşmanı Habib Qeyenin vurduğu qollarla 2-1 qazanıb.
Liqada 5 oyundan sonra qələbə sevinci yaşayan “Kasımpaşa” xalını 13-ə yüksəldib.
Qələbə həsrəti 4 oyuna çıxan “Alanyaspor”isə 15 xalda qalıb.
Mənbə: TRT sports
Tərcümə etdi: Fəqan Nurullazadə
