Hava istiliyinin artması ilə ağcaqanadlar kabusumuza çevrilə bilər. Yuxunu pozmaqla yanaşı, dişləmələri ilə də narahat edirlər. Temperatur yüksəldikcə ağcaqanadlar arta bilər. Ev şəraitində bir neçə sadə və təbii üsulla bu problemin həllini tapa bilərsiniz.

Ağcaqanadlardan necə qorunmalı ?
Ağcaqanadların qoxusunu sevmədiyi bitkiləri bağçanızda əkərək ağcaqanadları evinizdən uzaq saxlaya bilərsiniz. Ağcaqanadlar lavanda yağı, mixək və portağal qabığının qoxusunu sevmirlər. Bu yağlardan bir neçə damcı su ilə doldurulmuş sprey şüşəsinə damcıladıb evə səpə bilərsiniz. Portağal qabıqlarını evinizin müxtəlif yerlərinə qoya bilərsiniz.

Ağcaqanadların getməsi üçün evinizin bəzi yerlərində mixək dənələri də qoya bilərsiniz. Pişikotu yağı və ya nanə yağı, çay ağacı yağı, evkalipt və su qarışığı ilə hazırlanmış sprey və ya kremləri tətbiq edərək dərinizi ağcaqanadlardan qoruya bilərsiniz.
Rahat yuxu üçün uzanarkən nəbz nöqtələrinə təmiz vanil çəkə bilərsiniz. Süfrənizdə və oturduğunuz yerdə 8-10 mixəyi yarım limon üzərinə qoysanız, ağcaqanadların daha az ziyarət etdiyi yerdə xoş bir yemək yeyə bilərsiniz. Limon və mixək qoxusu sizi ağcaqanadlardan qoruyacaq.
Türk qəhvəsini və bir az suyu bol şəkərlə qarışdırıb məcun hazırlayıb taxta çubuğa büküb qurutsanız, ağcaqanadları dəf etmək üçün evinizin bağçasında buxur kimi istifadə edə bilərsiniz.
Ağcaqanadlar nəyə gəlməz?
Ağcaqanadlar təzə reyhan qoxusunu sevmirlər, ona görə də evinizin müxtəlif yerlərində bir neçə reyhan bitkisi qoya bilərsiniz. Bağçanızda və eyvanınızda natrium lampaları yerləşdirə bilərsiniz. Bunlar ağcaqanadların daha az gəlməsini təmin edir və elektrik enerjisinə qənaət edir. Bağınıza və eyvanınıza sarımsaq, razyana əksəniz, qoxusundan narahat olub qaçarlar.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Nuran Əhmədzadə
