Bu gün:

"İnter Miami"nin növbəti rəqibi "Cincinnati'' olacaq


Lionel Messinin rəhbərlik etdiyi üçüncü pillədəki "Inter Miami" klub tarixindəki ən uğurlu MLS pley-off seriyasını davam etdirmək niyyətindədir. Komanda bazar günü Şərq Konfransının yarımfinalında ikinci sıradakı FK "Cincinnati"nin qonağı olacaq.

Messi ilk mərhələdə Nashville SC-yə qarşı üç oyundan ibarət seriyada beş qol vurub, üç uğurlu ötürmə ilə fərqlənib.

"Inter Miami" Messinin 2023-cü ilin yayında komandaya qoşulmasından bəri Nashville SC-yə qarşı 7 qələbə, 1 məğlubiyyət və 3 heç-heçə ilə üstünlük qazanıb. Lakin FK "Cincinnati"yə qarşı nəticələr fərqlidir. Bel ki, Messi dövründə keçirilən altı görüşdə 0 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət yaşanıb.

Bu mövsüm liqa çərçivəsində "Cincinnati" meydanda 3-0 hesabı ilə qalib gəlib, səfərdə isə 0-0-lıq nəticə qeydə alınıb. Həmin oyunlar, ''Inter Miami" heyətinə təcrübəli yarımmüdafiəçi Rodriqo de Paul və gənc istedad Mateo Silvettinin əlavə olunmasından əvvəl baş tutub.

"Cincinnati"nin baş məşqçisi Pat Noonan deyib: "İndiki "İnter Miami" əvvəlkilərdən çox fərqlidir. Əvvəlki oyunlara baxırıq, amma bu qarşılaşma üçün çox uzağa getməyə ehtiyac yoxdur".

Mənbə: Reuters 

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş