Bu gün:

"Liverpul" kapitanı Van Deyk komandanın məğlubiyyət səbəblərini açıqlayıb


İngiltərə Premyer Liqasının 14-cü turunda “Liverpul” öz meydanında “Nottingem Forest”ə 0:3 hesabı ilə məğlub olub. Anfilddə baş verən bu məğlubiyyətdən sonra komandanın kapitanı Vircil van Deyk vəziyyətlə bağlı açıqlama verib.

Van Deyk oyun sonrası açıqlamasında klubdakı “çox pis atmosfer”ə toxunub. O bildirib ki, komanda mövsümün əvvəlindən bəri sabitlik tapa bilmir və bu, oyunlara birbaşa təsir edir. Müdafiəçi, həmçinin vurğulayıb ki, futbolçular məsuliyyəti dərk etməlidirlər.

Bu məğlubiyyət “Liverpul” üçün ciddi statistik göstəricilər yaradıb. Komanda Premyer Liqada keçirdiyi görüşlərin artıq 50 faizini uduzub. Bu isə son illərdə ən zəif göstəricilərdən biri sayılır.

Van Deyk həm öz həmkarlarını, həm də texniki heyəti vəziyyəti dəyişmək üçün daha çox çalışmağa çağırıb: “Bu nəticə qəbulolunmazdır. Komandanın hər üzvü nə baş verdiyini anlamalı və özünə nəzər yetirməlidir".

Meydanı 0:3 hesabı ilə tərk edən “Liverpul” növbəti turlarda toparlanmağa çalışacaq.


Mənbə: Sky Sports

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et