ABŞ Prezidenti Donold Tramp Ağ Evdə Nyu-York şəhərinin yeni seçilən rəhbəri Zohran Mamdani ilə görüş keçirib. İlin ən gərgin siyasi qarşıdurmalarından biri kimi anons edilən görüş əvəzində barışdırıcı və mülayim tonda keçib.

Seçki qələbəsi nitqində özünü “Demokrat Sosialist” adlandıran Mamdani Trampı “despot” kimi tənqid edib. Görüşdən əvvəl prezidentin sözçüsü onun Ağ Evə səfərini “kommunistin gəlişi” kimi təqdim edib.
Lakin Oval Ofisdə yan-yana dayanaraq çıxış edən tərəflər gözlənilən sərt açıqlamalar əvəzinə daha sakit və uzlaşmaya yaxın mesajlar veriblər.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
