Şotlandiya, Danimarka və ABŞ-dan olan elm adamlarının birgə apardıqları araşdırmada, şiş burunlu delfin növünün dişilərinin fit səslərinin tonunu və diapazonunu artıraraq "körpə dilindən" istifadə etdikləri müəyyən edilmişdir. Onlar balaları ilə belə ünsiyyət qururlar.

Araşdırmada ABŞ-ın Florida ştatının Sarasota körfəzində 19 delfinin balalarını çağırarkən fərqli fit tonlarını ehtiva edən qeydləri araşdırılıb. Eyni zamanda yetkin delfinlərin özlərini digər delfinlərə təqdim edərkən fərqli fit səslərindən istifadə etdikləri, ana delfinlərin fit səslərinin tonunu dəyişdirərək balalarını "körpə dili" ilə çağırdıqları müəyyən edilmişdir.
Digər tərəfdən, ana delfinlərin öz nəsillərinə yetkin dil öyrətmək üçün körpə dilindən istifadə edib-etmədiyi hələ məlum deyil. Araşdırma Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.
Mənbə: Habertürk
Tərcümə etdi: Aytən Nazim
